Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib: Xəbər bizi dərindən kədərləndirdi

15.02.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda başsağlığı verib.

Mia.az xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" sosial media hesabında paylaşım edıb: "Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir, bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью