Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI

02.12.2024

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinə kimin rəis təyin edildiyi məlum olub.

Moderator.az modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Samir Becanov gətirilib.

O, parlamentdə bu gün keçirilən ictimai dinləmədə çıxış edib. Samir Becanov COP29 baş danışıqçısının müavini olub.

Qeyd edək ki, XİN-in sözügedən idarəsinə ötən ilin sentyabr ayınadək Yalçın Rəfiyev rəhbərlik edib. O, Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью