Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Əfqanıstan xarici qüvvələr tərəfindən İranda sabitliyi pozmaq üçün istifadə edilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi deyib.
"Təəssüf hissi ilə indi görürük ki, Əfqanıstan təkcə Pakistanı deyil, həm də bütün Orta Asiyanı qeyri-sabitləşdirmək üçün xarici qüvvələrdən istifadə edir. Düşünürük ki, gələcəkdə onlar bu üsuldan İranı qeyri-sabitləşdirmək üçün istifadə etməyə cəhd edə bilərlər", - deyə səfir bildirib.
O, Pakistan Baş nazirinin Rusiyaya səfəri zamanı Moskva ilə İslamabad arasında bir neçə müqavilə imzalanacağını da deyib.
Leyla