Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

12.10.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 125 ölkəyə məhsul ixrac edilib, 163 ölkədən isə məhsul idxal olunub.

2026-cı ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 33 milyard 934,9 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 11 milyard 88,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 7,4 faiz artıb, real ifadədə isə 15,4 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью