Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 574 milyon 946 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 179 milyon 43 min ABŞ dolları (45,2 faiz) çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 52,5 faiz artaraq 502 milyon 816 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 8,9 faiz artaraq 72 milyon 130 min ABŞ dolları olub. Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 faizi qədər olub. O cümlədən, ixrac ümumi ixracın 3 faizini, Gürcüstandan idxal isə ümumi idxalın 0,8 faizini təşkil edib.
XQ