Xarici turistlərə Qarabağa səfər icazəsinin verilməsi iqtisadi canlanma yaradacaq Ekspert …
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirdi ki, xarici vətəndaşlara işğaldan azad olunmuş ərazilərə icazə verilməsi bölgədə turizmin inkişafına ciddi müsbət təsir göstərəcək: "Bu qərar yalnız turizm sahəsinin canlanması ilə yekunlaşmır, eyni zamanda regionun sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və Qarabağın dünyaya tanıdılmasına xidmət edir.
Bu prosesin müsbət təsirləri bir neçə əsas istiqamət üzrə özünü göstərə bilər. İlk növbədə, beynəlxalq marağın artması müşahidə olunacaq.
Qarabağ və Şərqi Zəngəzur uzun illər ərzində qapalı, məhdud girişli zonalar olub.
Bu səbəbdən həmin ərazilər xarici turistlər üçün yeni və kəşf olunmamış turizm istiqaməti kimi maraq doğurur.
Təbii gözəlliklər, tarixi abidələr, dağ və kənd turizmi imkanları, eyni zamanda zəngin mədəni irs bu regionu cəlbedici turizm məkanına çevirir.
Bununla yanaşı, iqtisadi canlanma baş verəcək. Xarici turistlərin bölgəyə axını nəticəsində valyuta dövriyyəsi artacaq, bu isə birbaşa olara
Tam oxu
Xəbəri oxu