Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər sərhəddə saxlanılıb AzPolitika onlayn siyasiictimai qəzet

10.01.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7nəfər müəyyən edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.

Qeyd edilib ki, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью