Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələri (USQ) Xarkov vilayətində mühasirəni yarmağa cəhd göstərib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sutka ərzində USQ-nin 125-ci mexanikləşdirilmiş briqadası və Milli Qvardiyanın 15-ci briqadasının Blahodatovka və Kutkovka yaşayış məntəqələri istiqamətində hücum cəhdləri dəf edilib.
Bildirilib ki, Ukrayna qüvvələri mühasirəni yarmağa, həmçinin Oskol çayına doğru irəliləyərək dağıdılmış körpülərin bərpasını təmin etməyə çalışıblar. Müdafiə qurumunun məlumatına əsasən, döyüşlərdə qarşı tərəf 15 nəfərə qədər şəxsi heyət itirib.
Aytəkin TOFİQQIZI