Xarkov metrosu 3 gündür ki işləmir

11.11.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Xarkovda elektrik təchizatında yaranan problemlər səbəbindən şəhər metrosu artıq üçüncü gündür ki fəaliyyətini dayandırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Xarkov Metropoliteni" açıqlama yayıb.
Şəhər meri İqor Terexov 8 noyabrda bildirib ki, həm metro, həm də elektriklə işləyən nəqliyyat vasitələri hazırda enerji təchizatından məhrumdurlar. "Stansiyalar sığınacaq rejimində işləyir, şəhərdə elektrik çatışmazlığı müşahidə olunur", - deyə o əlavə edib.
Metropoliten şirkəti isə qeyd edib ki, "elektrik təchizatındakı problemlərlə əlaqədar qatarların hərəkətinə müvəqqəti olaraq başlamaq mümkün deyil. Hərəkət bərpa olunacağı barədə əlavə məlumat veriləcək. Şəhərdə yerüstü nəqliyyat bu vəziyyəti nəzərə alaraq təşkil edilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью