Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin Novobavarski rayonuna raket zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Hücum zamanı yaşayış evlərinə, avtomobillərə və qarajlara da ziyan dəyib.
Hadisə yerində axtarış-xilasetmə briqadaları işləyir.