Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib

14.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Glavkom” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib. Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью