Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rus qüvvələri ötən gün axşam saatlarında Xarkova PUA-larla hücum həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib.
"Son qırx dəqiqə ərzində düşmən Xarkov şəhərinə 14 zərbə endirib", - o yazıb .
"Xarkov şəhərinin Kiyevski rayonunda “Şahid” PUA-sının vurulması qeydə alınıb. Eniş yerində yanğın var. İlkin məlumata görə, tələfat yoxdur. Məlumat dəqiqləşdirilir", - məlumatda bildirilib.
Hücum zamanı bir nəfərin yaralandığı vurğulanıb.
Qeyd olunur ki, daha öncə mer şəhərdə silsilə partlayışlar barədə məlumat verib.