Xarkova dron hücumu olub, 4 nəfər ölüb

24.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev, 24 noyabr, AZƏRTAC

Ukraynanın Xarkov şəhərinə endirilən dron zərbələri nəticəsində müli infrastruktura ciddi ziyan dəyib.

AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, Xarkova pilotsuz təyyarə zərbəsi yanğınlarla nəticələnib, ölənlər və yaralananlar var. Məlumata görə, Rusiya ordusu Xarkovun Şevçenko və Saltovski rayonlarına pilotsuz təyyarələrlə zərbələr endirib. Zərbələr binaları dağıdıb və bir neçə yanğına səbəb olub. Üç yaşayış binası və bir infrastruktur obyekti yanıb.

İlkin məlumatlara görə, 4 nəfər ölüb, ikisi uşaq olmaqla azı 13 nəfər yaralanıb. Düşmən hücumunun nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью