Xarkova hücum: Son sutkada 4 nəfər öldü, 16 nəfər yaralandı

17.11.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Rusiya ordusu son sutka ərzində Xarkov şəhəri və vilayətin 10 yaşayış məntəqəsini atəşə tutub. Nəticədə 4 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, hücumlar zamanı Xarkovda anbar, bir neçə avtomobil, dəmir yolu infrastrukturu və elektrik şəbəkəsi ziyan görüb.

Asya Hüseyn
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью