Xarkova kütləvi dron hücumu 45 yaralı

30.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiya Silahlı Qüvvələrinin Xarkova kütləvi hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

"Yaralananlara yardım göstərmək üçün 13 təcili tibbi yardım briqadası cəlb edilib", - o bildirib.

Fövqəladə Hallar Dövlət Xidməti dronlarla hücumun geniş miqyaslı yanğınlara və dağıntılara səbəb olduğunu bildirib. Xüsusilə, yaşayış evləri, qarajlar və infrastruktur obyektləri dağıdılıb, həmçinin avtomobillər zədələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью