Xarkova kütləvi hava hücumu olub, 30 dan çox insan xəsarət alıb

19.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-na keçən gecə Ukraynanın Xarkov şəhərinə edilən hava hücumu nəticəsində azı 32 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun zərbə dronlarının hücumu nəticəsində Xarkovda yaşayış binalarında yanğın və dağıntılar qeydə alınıb. Osnovyanski rayonunda çoxmərtəbəli binanın yaxınlığında 10 avtomobil yanıb. Dövlət Xidmətinin xilasediciləri binadan 3-ü uşaq olmaqla 51 nəfəri xilas ediblər. Slobidski rayonunda qarajlar, avtomobillər və üçmərtəbəli fərdi biznesin dam örtüyü yanıb. Pərakəndə satış obyektinə də ziyan dəyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью