Xarkova raket hücumu: 82 yaralı, 1 ölü

18.04.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Silahlı Qüvvələrinin Xarkova endirdiyi ballistik raket zərbələri nəticəsində xəsarət alanların sayı 82 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. 

Məlumata əsasən, hücum nəticəsində bir nəfər həyatını itirib.

Zərbələr əsasən əhalinin sıx məskunlaşdığı bölgələrə yönəlib. Yaralananlar arasında 5 uşağın da olduğu qeyd olunur. Partlayış dalğası yaşayış binalarına da ciddi ziyan vurub - bəzi hündürmərtəbəli binaların pəncərələri sınıb.

Raket hücumunun nəticələri ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью