Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Xarkovda Rusiya Ordusunun endirdiyi aviazərbələr nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, Xarkov meri İqor Terexovun sözlərinə görə, zərbələr şəhərin Sloboda rayonuna endirilib. Nəticədə anbar ərazisində yanğın baş verib, bir neçə yaşayış binasına ciddi ziyan dəyib. Dağıntılar altında insanların qalması ehtimalı ilə axtarış-xilasetmə işləri davam edir.
Bu arada, ABŞ dövlət katibi Marko Rubio Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin dayandırılmasının mümkün olduğunu bildirib. Onun açıqlaması Rusiyanın xarici diplomatları Kiyevi tərk etməyə çağırmasından sonra səslənib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)