Icma.az bildirir, Bizim media portalına istinadən.
Ukraynanın Xarkov şəhərində pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına düşüb.
Bizim.Media xəbər verir ki, şəhər meri İqor Tereхovun ilkin məlumatına görə, zərbə Xolodnoqorsk rayonunda qeydə alınıb. Həmçinin Novobavar rayonunda da pilotsuz uçuş aparatının düşdüyü bildirilir.
Novobavar rayonunda binanın 15-ci mərtəbəsindəki mənzildə yanğın başlayıb. Dağıntılar altında insanların qaldığı barədə məlumatlar yayılıb.
İqor Tereхov sonradan Xarkovda ölənlərin sayının ikiyə çatdığını açıqlayıb.
Bizim.Media