Xarkovda fövqəladə vəziyyət elan edildi

10.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Xarkov vilayətinin hakimiyyət orqanları regional fövqəladə vəziyyət elan edib. Bu tədbirlər Rusiya ordusunun davam edən zərbələri və çətin enerji vəziyyəti səbəbindən görülüb.

Axar.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram səhifəsində məlumat yayıb.

Sinequbov bildirib ki, Xarkov vilayətinin enerji infrastrukturu daim atəşə tutulur. Çətin vəziyyəti nəzərə alaraq, Xarkov vilayətinin enerji sektorunda regional fövqəladə vəziyyət elan edilməsi qərarı verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью