Xarkovun mərkəzində çoxmərtəbəli binaya dron zərbəsi endirilib

03.03.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiya dronlarının növbəti hücumu Ukraynanın bir sıra bölgələrində partlayışlarla nəticələnibə.

APA xəbər verir ki, Xarkovun mərkəzində yerləşən çoxmərtəbəli binaya “Şahed” dronu ilə zərbə endirilib.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Xarkov şəhərinin rəhbəri İqor Terexov “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, binanın mərtəbələrindən birində yanğın baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью