Xarvi Elliott “Liverpul”dan “Valensiya”ya keçir

31.08.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Liverpul” futbol klubunun hücumameyilli yarımmüdafiəçisi Xarvi Elliott karyerasını “Valensiya”da davam etdirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.

İspaniya klubu 23 yaşlı ingiltərəli futbolçunun mövsümün sonunadək icarəyə götürülməsi ilə bağlı prinsipial razılığa gəlib. Müqavilədə satınalma şərti yer almayacaq. Elliott yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Elliott ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, 9 oyunda 1 qol vurub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью