Ayna saytına istinadən Icma.az xəbər verir.
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Şahlıq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, ümumi çəkisi 1 ton 50 kiloqram olan 872 çətənə kolu məhv edilib.