Xatəmi: İranın döyüş təcrübəsi Rusiyadan daha çoxdur

31.01.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

İran Ordusunun Baş Komandanı Əmir Xatəmi İranın Rusiyadan daha çox döyüş təcrübəsi olduğunu bildirib. O qeyd edib ki, İran silahlı qüvvələri yüksək döyüş və müdafiə hazırlığındadır və bölgədəki potensial düşmənlərin hərəkətlərini yaxından izləyir.

Ölkə.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

"Bu gün biz yüksək döyüş və müdafiə hazırlığındayıq və düşmənin bölgədəki hərəkətlərini izləyirik. Onların pis niyyətlərindən xəbərdar olduğumuz üçün barmağımız tətiyin üzərindədir", - Xatəmi qeyd edib.

O, NATO ilə münaqişələrdə iştirak edən Rusiyanın İran qədər təcrübəsi olmadığını vurğulayıb: "Hətta üç ildən çoxdur NATO ilə münaqişədə olan Rusiyanın belə bizdəki kimi 12 günlük (müharibə) təcrübəsi yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью