Xatirə “bacı”sına göz aydınlığı verdi

20.11.2025

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xatirə İslam dünən ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı Rəqsanənin fotosunu sosial hesabında yerləşdirib:

"Allah qəbul etdi, şükür. Hər zaman evində-eşiyində, bacı".

Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью