Xatirə İslam müəllimi İslam Rzayevin qəbrini ziyarət etdi

12.11.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o müəllimi, Xalq artisti İslam Rzayevi doğum günündə yad edib.

Sənətçi qəbirstanlığa gedərək müəllimini ziyarət edib. O əvvəl məzarı təmizləyib, daha sonra isə müəlliminin ruhuna dualar oxutdurub.

Məzardan video paylaşan Xatirə İslam "Allah rəhmət sizə etsin gözəl qəlbli müəllimim, sənətkarım" sözlərinin qeyd edib.

Xatırladaq ki, Xalq artisti İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində doğulub.

Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda alıb. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa edib. Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilib.

70-dən artıq qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. Xalq artisti 26 yanvar 2008-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью