Xatırlatma: Sabahdan 6 günlük tətil başlayır Yeni Sabah

07.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Sabahdan Azərbaycanda 6 günlük bayram tətili başlayır.

Yenisabah.az xəbər verir ki, tətil 8 noyabr Zəfər Günü ilə başlayır.

9 noyabr - Bayraq Günü Şənbəyə təsadüf etdiyindən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 12-si və 13-ü iş günləri ilə müvafiq olaraq noyabrın 16-sı və 23-ü istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью