Xatırlayın, ordumuz sizi faciədən xilas etdi Əraqçidən Avropaya mesaj

30.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Avropa öz təhlükəsizliyini SEPAH-a borcludur”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının SEPAH-ı terror təşkilatı elan etməsini haqda danışarkən deyib.

Əraqçi bildirib ki, bu qərar ciddi yanlış hesablamanı və Avropa qurumlarında rasionallığın tədricən zəifləməsini göstərir.

Nazirin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) fədakarlığı və İŞİD terrorizminə qarşı qəti mübarizəsi olmasaydı, bu gün Avropa vətəndaşları öz küçələrində terrorla üz-üzə qalardılar.

Əraqçi Avropanın bu addımını “regionun və dünyanın təhlükəsizliyini öz qanı bahasına təmin edən qüvvəyə qarşı açıq nankorluq” adlandırıb.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью