Xatitə Bağırova: Taleyimizdə bu tarixi anlara canlı şahidlik etmək də var imiş | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Yurd, torpaq həsrəti illərdir qamətimizi bükmüşdü.
Bu günləri görməyəcəyimizi sanırdıq, sən demə, taleyimizdə bu tarixi anlara canlı şahidlik etmək də var imiş".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Xatitə Bağırova deyib.
O qeyd edib ki, ən böyük arzusu Ağdamda doğmalarının məzarını ziyarət etməkdir: "Hər cür çətinlik, məhrumiyyət, itki yaşadıq, amma ümidimizi heç bir zaman itirmədik.
Həmişə içimizdə bir inam olub ki, biz nə vaxtsa bu torpaqlara qayıdacağıq. Düşünürdüm ki, bizə də nəsib olmasa, övladlarımıza nəsib olacaq.
Demək ki, bu günlər çox da uzaqda deyilmiş. Bu gün şərəf və fəxr hissi ilə öz yurdunuza qayıdırıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb.
Tam oxu
Xəbəri oxu