Xatun: Oğlum və gəlinim harasa getsələr, mənə deməlidirlər

31.10.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Elə bilirdim gəlinlə dolanmayacağam. Ona görə də evləri ayırdım. Onların işinə qarışmıram. Hələ də böyüklüyümə hörmətlə yanaşırlar. Başqa cür ola da bilməz".
Bizim.Media xəbər verir ki, bu sözləri Xatun Əliyeva "Qonaqcanlı" verilişində deyib.
Müğənni oğlu Adilin evlilik həyatından danışıb:
 

"Xoşum gəlir, istəyirsən müğənni, istəyirsən model ol, evdəki nizam-intizam, böyük-kiçik yeri bilinməlidir. Harasa gedirlərsə, bir böyük olaraq, mütləq mənə deməlidirlər. Məndən yaxşı onlara məsləhət verən olar?!


Evlənən kimi oğlumu başqa evə köçürtdüm. Öz evim hazır olana kimi 3 ay kirayədə yaşadım. Əsas yeni evlənəndə cütlüyü rahat buraxmaqdır, bünövrəni qoya bilsinlər deyə. İlk 6 ay, 1 il önəmlidir". (Yenisabah.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью