Xatunun instaqramı sifarişlə bağlanıb? “QANUN QARŞISINDA CAVAB VERƏCƏK!”

06.11.2024

Shownews saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış müğənni Xatun Əliyevanın instaqram səhifəsi 10 gündən çoxdur bağlanıb. 
 

SHOWNEWS.AZ-a danışan müğənni sosial şəbəkə hesabının "yoxa çıxmasında"  şübhələndiyi insanlar var:

"İnstaqram platforması yaranandan fəal istifadəçisiyəm. Heç vaxt belə hadisə yaşanmayıb. 1 ay bundan öncə  taninmiş bir SMM işcisi ile iş birliyinə başladım  və instaqramımın, Tiktokumun parolunu ona verdim. Etibar etdim. Yəni, həmin gündən sosial şəbəkə hesablarımdan  bütün cavabdehlik ona keçdi ve bu hadisə baş verdi. Hazırda  çalışırlar  qaytarsinlar.

Gec-tez bilinecek ki, bunu mene kim edib ve qanun qarşısında cavab verecek!".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью