Xavi Avropa nəhəngini çalışdırmaq istəyir

29.09.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xavi Hernandez İngiltərədə işləmək istəyir.

Metbuat.az xəbər verir ki, məşqçinin "Mançester Yunayted"ə rəhbərlik etmək istədiyi iddia edilib. İddialara görə, "Mançester Yunayted"in avrokuboklarda iştirak etməməsi belə Xavi üçün problem deyil.

Qeyd edək ki, Xavi Hernandez “Barselona” klubundan ayrılandan sonra heç bir klubda çalışmayıb. "Mançester Yunayted"in "Brentford"a 3:1 hesablı məğlubiyyətindən sonra baş məşqçi Ruben Amorimin istefaya göndərilə biləcəyi irəli sürülür. “Yunayted” Premyer Liqada 14-cü yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью