Xavi bu millinin baş məşqçisi təyin edildi

13.08.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xavi Niderland millisinin baş məşqçisi təyin edilib.
Yeniuavaz.com
xəbər verir ki, bu barədə Niderland Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mütəxəssislə müqavilə 2030-cu il Dünya Çempionatının sonuna qədər qüvvədədir.
Xavi komandanın 2026-cı il Dünya Kubokunun 1/16 finalındakı məğlubiyyətindən sonra istefa verən Ronald Kumanı əvəz edib. O, 2023-cü ilin aprel ayından bəri baş məşqçi vəzifəsini icra edirdi. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa Çempionatının yarımfinalına yüksəlib.
Qeyd edək ki, 46 yaşlı Xavi son olaraq İspaniyanın “Barselona” klubunun baş məşqçisi olub. O, kluba 2021-ci ilin noyabrından 2024-cü ilin mayına qədər rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2023-cü ildə İspaniya çempionluğunu və İspaniya Super Kubokunu qazanıb. 2019-cu ildən 2021-ci ilə qədər isə Xavi Qətərin “Əl Sədd” klubunun baş məşqçisi olub.
Xatırladaq ki, Xavi 1998-ci ildən 2015-ci ilə qədər oynadığı “Barselona”nın gənclər sisteminin yetirməsidir. Komanda ilə birlikdə səkkiz La Liqa, üç Kral Kuboku və dörd Çempionlar Liqası titulunu qazanıb. O, klubla 767 oyun keçirib, 85 qol vurub və 185 məhsuldar ötürmə edib.
Xavi İspaniya millisi ilə Dünya Kubokunu (2010), iki Avropa Çempionatını (2008, 2012) və Olimpiya gümüş medalını (2000) qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью