Xavi Hernandes yenidən Messi ilə bir komanda da ola bilər

20.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"İnter Mayami"nin baş məşqçi postunu tərk edən Xerardo Martinonu kimin əvəz edə biləcəyi məlum olub. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Martinonun yerinə namizədlər arasında Lionel Messinin keçmiş komanda yoldaşları Xavi Hernandes və Xavyer Maskerano da var.

Maskerano hazırda Argentinanın gənclər komandasını çalışdırır, Xavi isə yayda "Barselona"nın baş məşqçisi vəzifəsindən istefa verib.

Qeyd edək ki, Xavi və Maskerano "İnter Mayami"dən əvvəl "Barselona"da çıxış etmiş Messi, Luis Suares, Serxio Buskets və Xordi Albanın keçmiş komanda yoldaşlarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью