Xavi İnter Mayamiyə rəhbərlik edə bilər | Icma.az
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir. “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanı tərk edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, daha əvvəl Kataloniya “Barselona”sına rəhbərlik edən ispan mütəxəssis Xavi argentinalı hücumçu Lionel Messinin də üzvü olduğu Amerika komandasının yeni baş məşqçisi ola bilər.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrında “Barselona”ya rəhbərlik etməzdən əvvəl Qətərin "Əl Sədd" klubunun baş məşqçisi vəzifəsində çalışıb.
44 yaşlı ispan mütəxəssis 2019-cu ildən bu kluba rəhbərlik edib.
Xatırladaq ki, Xavi ötən mövsümün sonunda Kataloniya klubunun baş məşqçi postunu tərk edib.
Onun rəhbərliyi altında “Barselona” çempionluq və İspaniya Superkubokunu qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu