Xavi İtaliya yolunda Danışıqlar başladı

18.12.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın keçmiş baş məşqçisi Xavi "Milan"la danışıqlar aparır.

Fanat.Az xəbər verir ki, məlumatı "El Nacional" nəşri yayıb.

Mənbənin məlumatına görə, o, "rossoneri"nin sükanı arxasında Paulo Fonsekanı əvəzləmək üçün əsas namizəddir. “Milan” rəhbərləri komandanın fəlsəfəsini dəyişmək istəyirlər və bu baxımdan Xaviyə ideal namizəd gözü ilə baxırlar. 

Qeyd edək ki, Xavi ötən yay "Barselona"dan ayrılıb və hazırda işsizdir. 

"Milan" A Seriyasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb və artıq lider "Atalanta"dan 14 xal geri qalır.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью