Xavi: Kuboklar qazanmaq istəyirəm

08.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Barselona"nın sabiq baş məşqçisi Xavi gələcəyi haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis kuboklar qazanmaq istəyinə görə başqa klubu çalışdırmağa hazır olduğunu bildirib:

"Mən bütün təkliflərə açığam. Niyə La Liqada başqa komandanı çalışdırmayaq? Maraqlı layihə axtarıram və titullar qazanmaq ambisiyalarım var. Bu mənim əsas məqsədimdir. Niyə yığmaya rəhbərlik edib, dünya çempionatının seçmə mərhələsində iştirak etməyək? Fransa çempionatında da işləməyi düşünə bilərəm. Məşqçi kimi Çempionlar Liqası, Avropa çempionatını və dünya kubokunu qazanmaq istəyirəm".

Qeyd edək ki, Xavinin son klubu "Barselona" olub. O, 2021-2024-cü illərdə komandanı çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью