Xavi Mançester klubunu çalışdıra bilər

06.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Xavi ötən mövsümün sonunda “Barselona”nın baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra klubsuz qalıb.

Futbolpress.az xəbər verir ki, “El Nacional”ın məlumatına görə, Xavinin “Mançester Yunayted”in baş məşqçisi olması ehtimalı getdikcə artır.

Mançester klubu noyabrda komandanın başına keçən Ruben Amorimlə yollarını ayırmağı düşünür. Xavinin “Old Trafford”da işləməyi o qədər də vecinə almadığı, lakin bunun üçün heyətin yenidən qurulmasına ehtiyac olduğu bildirilir.

“Mançester Yunayted” çətin günlər yaşayır və hazırda İngiltərə çempionatının turnir cədvəlində 14-cü yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью