Xavi Mançester Yunayted i çalışdırmağa hazırdır

29.09.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın sabiq baş məşqçisi Xavi “Mançester Yunayted”i çalışdıra bilər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İspaniyalı mütəxəssis Premyer Liqanı yaxından izləyir və avrokuboklarda iştirak etməməsinə baxmayaraq, istənilən an Mançester təmsilçisi ilə işləməyə hazırdır.

Qeyd edək ki, Xavinin sonuncu iş yeri “Barselona” olub. O, 2021-ci ilin noyabrından 2024-cü ilin iyununadək Kataloniya klubunu çalışdırıb. Onun məşqçilik dövründə komanda 2022/2023 mövsümündə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb. 

Daha əvvəl Xavi Qətərin “Əl-Sədd” klubunu çalışdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью