Xavi Messinin baş məşqçisi ola bilər

21.11.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino komandanı tərk edəcək.

News24.az QOL.az-a istinadla xəbər verir ki,  bu barədə “Marca” məlumat yayıb.

Hazırda "İnter Mayami"nin baş məşqçisi vəzifəsinə əsas namizəd "Barselona"nın sabiq çalışdırıcısı Xavidir. "Barselona"nın keçmiş futbolçusu Lionel Messinin MLS təmsilçisində oynamağının Xavinin təyinatını daha da asanlaşdıracağı gözlənilir.

Xavi 2021-ci ilin noyabrında "Barselona"ya baş məşqçi təyin edilməzdən əvvəl Qətərin "Əl Sədd" klubunu çalışdırıb. 44 yaşlı mütəxəssis bu yay Kataloniya təmsilçisindən ayrılıb.

Onun rəhbərliyi altında “Barselona” La Liqa çempionluğunu və İspaniya Superkubokunu qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью