Xavi özündənrazı olmuşdu Joan Laporta

09.03.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Xavi özündənrazı olmuşdu" - Joan Laporta

"Barselona"nın prezidenti Joan Laporta komandanın keçmiş baş məşqçisi Xavi Hernandeslə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, "Mundo Deportivo"ya müsahibəsində Xavinin klubdan göndərilməsini belə izah edib:

"Xavi özündənrazı olmuşdu. Peşəkar və şəxsi həyatını tarazlaşdıra bilmirdi. O, "Barselona"nın "Real"la rəqabət apara bilməyəcəyini dedi, oyunçu dəyişiklikləri istədi. Mən isə dedim ki, bu cür işləməyə davam etməyəcək".

Xatırladaq ki, Xavi əvvəl klubda işlədiyi dövrdə komandanın heyətini gücləndirmək istəmədiklərinə görə “Barselona” rəhbərliyini tənqid edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью