Xavi səhvini etiraf etdi

13.11.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Barselona”nın sabiq baş məşqçisi Xavi açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İspaniya mətbuatına danışan mütəxəssis Kataloniya klubunda işlədiyi zaman etdiyi səhvdən danışıb:

“Barselona”da olanda böyük səhv etdim. İlk ilimdə futbolçulardan çox yüksək şeylər tələb etdim və La Liqanı, Superkuboku qazandıq. Bundan sonra isə ardını gətirə bilmədim. Komandada intensivlik azaldı, futbolçular əvvəlki əzmkarlığı, hörməti göstərmədi. Səviyyə getdikcə düşürdü və nəticədə növbəti ildə kuboksuz qaldıq. Bu vəziyyətdən dərs çıxardım və səhvlər üzərində işlədim”.

Xavi 2021-2024-cü illərdə “Barselona”ya rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью