Icma.az, Qol.az saytına istinadən bildirir.
Niderland millisinin baş məşqçisi Xavi UEFA Millətlər Liqasının 5-ci turunda Yunanıstan üzərində qazanılan 7:0 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında komandasının çıxışından razı qaldığını bildirib:
“Oyundan çox razıyam. Möhtəşəm çıxış etdik. Hücumları necə quracağımızı bilirdik, dəfələrlə boş zonalardan istifadə etdik və çoxlu qol imkanı yaratdıq.
İlk hissə mükəmməl keçdi. Buna görə futbolçularımı təbrik etməliyəm. Amma bu, sadəcə bir oyundur. Eyni istiqamətdə davam etməliyik. Qarşıda uzun yol var.
Futbolçular məşqlərdə çox səylə çalışırlar. Onlarla fəxr edirəm.
Yunanıstanın çox yaxşı komandası və xüsusilə hücum xəttində istedadlı futbolçuları var. Onlar aparıcı klublarda çıxış edirlər. Buna görə də bu gün yüksək səviyyədə oynadıq və böyükhesablı qələbə qazandıq”.
Qeyd edək ki, Niderland millisi bu qələbədən sonra xallarını 11-ə çatdıraraq A Liqasının 2-ci qrupunda liderliyini qoruyub. Yunanıstan isə 8 xalla ikinci pillədə qərarlaşıb.