Xavinin yeni iş yeri bilindi

04.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun yeni baş məşqçisi ola bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabı üzərindən paylaşım edərək məlumat yayıb. 

Mənbənin məlumatına görə, ispan çalışdırıcı cari mövsüm başa çatdıqdan sonra “Əl-Hilal”ın sükanı arxasına keçəcək. Səudiyyə Ərəbistanı klubu baş məşqçisi Jorje Jezuşun müqaviləsinə xitam verib. 

"Əl-Hilal" 29 turdan sonra çempionatın turnir cədvəlində 62 xalla ikinci pillədə qərarlaşıb. Liderlə fərq səkkiz xaldır. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью