Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Argentina Prezidenti Xavyer Miley ölkə millisinin 2026-cı il Dünya Kubokunun finalına yüksəlməsi barədə fikirlərini bölüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Radio Mitre" məlumat yayıb.
Miley bildirib ki, Argentina millisinin İngiltərə ilə qarşılaşmada oyunun gedişatını dəyişə biləcəyinə əvvəldən inamı olub.
"Qol buraxdıqdan sonra Argentina rəqiblərinə üstünlük verdi və onları bütün cəbhələrdə üstələdi. Əvəzetmələr çox ağıllı idi", - deyə Argentina prezidenti qeyd edib.
Xatırladaq ki, Miley daha əvvəl milli komandanın hücumçusu Lionel Messinin atası Xorxe Messinin ölümü ilə bağlı yayılan yalan xəbərlərə münasibət bildirmişdi. Siyasətçi həmin məlumatı "dəhşətli və utanmaz" adlandırmışdı.
Qeyd edək ki, Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Lionel Messi və komanda yoldaşları iyulun 19-da keçiriləcək həlledici görüşdə İspaniya ilə qarşılaşacaq.
Aminə ŞAHSUVARQIZI