Xdən imtina edən şirkət və qurumların sayı ARTIR

15.11.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Böyük Britaniyada fəaliyyət göstərən "The Guardian" qəzeti noyabrın 13-dən etibarən X hesabından xəbər paylaşımını dayandırıb.

Redaktor.az xəbər verir ki, Qəzet X-dən ayrılma səbəbi kimi ərizədə irqçilik və sui-qəsd nəzəriyyəsi kimi "narahatedici məzmunu" göstərib.

The Guardian-ın son yazısı dərc olunanda qəzetin 10,7 milyon X izləyicisi var idi.

Qəzet rəhbərliyi qərarla bağlı verdiyi açıqlamada tətbiqdən istifadə etməyin zərərinin faydasından çox olduğunu müdafiə edib.

Tətbiqin sahibi Elon Musk bu qərarla bağlı etdiyi  paylaşımda "Onların heç bir əhəmiyyəti yoxdur" şərhini yazıb.

Türkan İSGƏNDƏRLİ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью