“X”ə kiberhücumu onlar edib

11.03.2025

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“Dark Storm Team” Fələstinyönümlü haker qrupu “X” sosial şəbəkəsinin işində baş verən genişmiqyaslı xətaya görə məsuliyyəti öz üzərinə götürüb.

Tribunainfo.az  xəbər verir ki, bu barədə məlumatı “Newsweek” yayıb.

Bildirilib ki, 2023-cü ildə yaradılan bu qrup əsas olaraq Fələstinlə hərbi münaqişədə İsraili dəstəkləyən təşkilatları hədəf seçir.

Xatırladaq ki, martın 10-da amerikalı milyarder İlon Maska məxsus sosial şəbəkəyə genişmiqyaslı DdoS hücum qeydə alınıb. Sosial şəbəkənin saytı və tətbiqetmə 4 saatdan çox işləməyib. İ.Mask isə “X”ə kiberhücumda Ukraynanın İP ünvanlarının iştirak etdiyini iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью