“X”ə valideyn nəzarəti funksiyası əlavə edildi Yeniyetmələr üçün 6 yeni imkan

28.11.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“X” sosial şəbəkəsi 13-17 yaşlı istifadəçilərin hesablarına valideyn nəzarəti üçün altı yeni funksiya təqdim edib.

Lent.az xəbər verir ki, yeni imkanlar valideynlərə övladlarının son bir həftədə platformada keçirdiyi vaxtı izləməyə və gündəlik istifadə limiti qoymağa, yeni izləyiciləri təsdiqləməyə, müəyyən sözləri filtrləməyə və həssas məzmunu bloklamağa imkan verir.

Bundan başqa, valideynlər “Sənin üçün” bölməsindəki tövsiyələri yeniyetmənin izlədiyi hesablarla məhdudlaşdıra, ona kimin şəxsi mesaj göndərə biləcəyini müəyyənləşdirə biləcəklər. Həmçinin övladlarının hansı hesablarla şəxsi yazışma apardığını, mesajların məzmununu görmədən izləmək mümkün olacaq.

Bununla belə, valideynlər şəxsi mesajları oxuya, axtarış və baxış tarixçəsinə baxa, yeniyetmənin hesabına daxil ola və onun adından paylaşım edə bilməyəcəklər.

Valideyn nəzarətinin aktivləşdirilməsi üçün hər iki tərəfin razılığı tələb olunur. Bir valideyn beş yeniyetmə hesabına nəzarət edə bilər. Funksiya istifadəçi 18 yaşına çatdıqda avtomatik dayandırılacaq.

“X” yeniliyin hansı ölkələrdə istifadəyə veriləcəyini hələ açıqlamayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью