Xəbər yalandır Serdar Ortaç

13.06.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli müğənni Serdar Ortaç səhhəti ilə bağlı yayılan iddialara aydınlıq gətirib. O, sosial şəbəkə hesabında paylaşım edərək haqqında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Demokrat.az bildirir ki, sənətçi paylaşımında “Xəbər yalandır. Özümü çox yaxşı hiss edirəm. Konsert proqramlarım da planlaşdırıldığı kimi davam edir” sözlərini qeyd edib.

Xatırladaq ki, uzun müddətdir Multiple Sclerosis (MS) xəstəliyindən əziyyət çəkən 56 yaşlı ifaçının vəziyyətinin ağırlaşdığı, son günlər intensiv müalicə aldığı və bəzi konsertlərinin ləğv edildiyi barədə məlumatlar yayılmışdı. Lakin Serdar Ortaç bu iddiaları təkzib edərək səhhətinin normal olduğunu açıqlayıb.
Leyla
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью