Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək.Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.Belə ki, Simonyan jurnalistlərin Paşinyanın Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək paradda iştirak üçün Rusiyaya səfərinə Brüsselin necə reaksiya verəcəyi ilə bağlı suala cavab verərkən deyib:“Bu, həmçinin bizim qələbəmizdir, bir çox erməni müttəfiqlərin ordularında döyüşüb.
Paşinyanın mayın 9-da Moskvaya səfəri Avropa İttifaqı və yaxud digər məsələlərlə əlaqəli deyil”.Xatırladaq ki, daha əvvəl, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək Aİ-yə üzv ölkələr və İttifaqa qoşulmaq istəyən ölkələr ciddi nəticələrlə üzləşəcəklər.
O qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələr paradda iştirakdan çəkinmək barədə göstərişlər alıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.